image-2c75bc1d50ff751backend

Tarixi Qələbə ilə azadlığına qovuşan Cəbrayıl bu gün artıq böyük quruculuq mərkəzinə çevrilib

image-ads-728x90

Cəbrayılın tarixində artıq yeni səhifə açılıb. Bu səhifə işğalın ağrısından azadlığın qüruruna, məcburi köçkünlükdən doğma yurda qayıdışa, dağıntıdan quruculuğa aparan yolu əks etdirir. 4 oktyabr isə bu tarixi yolun həm Qələbə, həm də Böyük Qayıdış günü kimi yaddaşlarda yaşadılmasına xidmət edir.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl 27 il ərzində ağır dağıntılara və vandalizmə məruz qaldı. İşğaldan əvvəl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan rayonda 52 min nəfər yaşayırdı. İşğal nəticəsində Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Rayonun 72 məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi və 150 mədəniyyət ocağı dağıdıldı. Cəbrayılın zəngin tarixi-mədəni irsinə daxil olan Xudafərin körpüləri, Sultan Məcid hamamı, Qız qalası, müxtəlif türbə və məscidlər də vandalizmə məruz qaldı. 52 min rayon sakini doğma yurdlarından didərgin düşərək Azərbaycanın 58 rayonunda ağır şəraitdə, qaçqın düşərgələrində və yataqxanalarda yaşamağa məcbur oldu. Bu acı tarixə baxmayaraq, Azərbaycan xalqı öz doğma yurduna qayıdacağına daim inandı.
1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad olunması və daha sonra 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi Böyük Qayıdışın başlanğıcını qoydu və xalqımıza torpaqlarına dönüş ümidini daha da gücləndirdi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümunəsi göstərərək, 27 il işğal altında qalmış Cəbrayıl şəhərini və 90 kəndi azad etdi. Cəbrayıl əməliyyatı hərbi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Düşmənin çoxsaylı istehkamlarının yarılması Azərbaycan Ordusuna Xocavənd və Hadrut istiqamətində irəliləmək, daha sonra Zəngilan və Qubadlını azad etmək üçün imkan yaratdı.
Cəbrayılın azad edilməsinin ən mühüm rəmzlərindən biri Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Prezident İlham Əliyevin qədim körpü üzərində dövlət bayrağını ucaltması Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixi torpaqlara qayıdışın simvoluna çevrildi. Azərbaycan Prezidentinin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi təsis edilməsi isə tarixi yaddaşın əbədiləşdirilməsi baxımından mühüm qərar oldu.
Bu gün Cəbrayıl artıq yalnız müharibənin və işğalın xatirəsi ilə deyil, sürətli bərpa və quruculuq prosesi ilə xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Cəbrayıl da bu prosesin mühüm mərkəzlərindən biridir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” rayonun iqtisadi potensialının bərpası və yeni istehsal sahələrinin yaradılması baxımından mühüm layihədir. Bununla yanaşı, elektrik enerjisi infrastrukturunun bərpası, avtomobil yollarının çəkilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi Cəbrayılın regionun iqtisadi və logistika sisteminə inteqrasiyasını sürətləndirir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi isə şəhərin gələcək simasının formalaşdırılması baxımından mühüm mərhələdir. Baş plan əsasında yaşayış məhəllələrinin, məktəblərin, uşaq bağçalarının, sosial obyektlərin, yolların və digər müasir infrastrukturun yaradılması nəzərdə tutulur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərinin yenidən qurulması da Böyük Qayıdışın mühüm istiqamətləridir.
2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması rayonun tarixində yeni səhifə açdı. Bu gün Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri üzrə ümumilikdə 1600 ailə, o cümlədən 7022 nəfər doğma torpaqlarında məskunlaşıb. Cəbrayılın bərpası yalnız yeni evlərin tikilməsi ilə məhdudlaşmır. Burada məktəblər, xəstəxanalar, yollar, enerji obyektləri, sənaye müəssisələri və sosial infrastruktur yaradılır. Beləliklə, illərlə işğal və dağıntı ilə anılan Cəbrayıl bu gün yeni həyatın qurulduğu məkana çevrilir.

Tarixi Qələbə ilə azadlığına qovuşan Cəbrayıl bu gün artıq böyük quruculuq mərkəzinə çevrilib

Cəbrayılın tarixində artıq yeni səhifə açılıb. Bu səhifə işğalın ağrısından azadlığın qüruruna, məcburi köçkünlükdən doğma yurda qayıdışa, dağıntıdan quruculuğa aparan yolu əks etdirir. 4 oktyabr isə bu tarixi yolun həm Qələbə, həm də Böyük Qayıdış günü kimi yaddaşlarda yaşadılmasına xidmət edir.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl 27 il ərzində ağır dağıntılara və vandalizmə məruz qaldı. İşğaldan əvvəl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan rayonda 52 min nəfər yaşayırdı. İşğal nəticəsində Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Rayonun 72 məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi və 150 mədəniyyət ocağı dağıdıldı. Cəbrayılın zəngin tarixi-mədəni irsinə daxil olan Xudafərin körpüləri, Sultan Məcid hamamı, Qız qalası, müxtəlif türbə və məscidlər də vandalizmə məruz qaldı. 52 min rayon sakini doğma yurdlarından didərgin düşərək Azərbaycanın 58 rayonunda ağır şəraitdə, qaçqın düşərgələrində və yataqxanalarda yaşamağa məcbur oldu. Bu acı tarixə baxmayaraq, Azərbaycan xalqı öz doğma yurduna qayıdacağına daim inandı.
1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad olunması və daha sonra 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi Böyük Qayıdışın başlanğıcını qoydu və xalqımıza torpaqlarına dönüş ümidini daha da gücləndirdi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümunəsi göstərərək, 27 il işğal altında qalmış Cəbrayıl şəhərini və 90 kəndi azad etdi. Cəbrayıl əməliyyatı hərbi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Düşmənin çoxsaylı istehkamlarının yarılması Azərbaycan Ordusuna Xocavənd və Hadrut istiqamətində irəliləmək, daha sonra Zəngilan və Qubadlını azad etmək üçün imkan yaratdı.

Cəbrayılın azad edilməsinin ən mühüm rəmzlərindən biri Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Prezident İlham Əliyevin qədim körpü üzərində dövlət bayrağını ucaltması Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixi torpaqlara qayıdışın simvoluna çevrildi. Azərbaycan Prezidentinin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi təsis edilməsi isə tarixi yaddaşın əbədiləşdirilməsi baxımından mühüm qərar oldu.

Bu gün Cəbrayıl artıq yalnız müharibənin və işğalın xatirəsi ilə deyil, sürətli bərpa və quruculuq prosesi ilə xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Cəbrayıl da bu prosesin mühüm mərkəzlərindən biridir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” rayonun iqtisadi potensialının bərpası və yeni istehsal sahələrinin yaradılması baxımından mühüm layihədir. Bununla yanaşı, elektrik enerjisi infrastrukturunun bərpası, avtomobil yollarının çəkilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi Cəbrayılın regionun iqtisadi və logistika sisteminə inteqrasiyasını sürətləndirir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi isə şəhərin gələcək simasının formalaşdırılması baxımından mühüm mərhələdir. Baş plan əsasında yaşayış məhəllələrinin, məktəblərin, uşaq bağçalarının, sosial obyektlərin, yolların və digər müasir infrastrukturun yaradılması nəzərdə tutulur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərinin yenidən qurulması da Böyük Qayıdışın mühüm istiqamətləridir.

2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması rayonun tarixində yeni səhifə açdı. Bu gün Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri üzrə ümumilikdə 1600 ailə, o cümlədən 7022 nəfər doğma torpaqlarında məskunlaşıb.

Cəbrayılın bərpası yalnız yeni evlərin tikilməsi ilə məhdudlaşmır. Burada məktəblər, xəstəxanalar, yollar, enerji obyektləri, sənaye müəssisələri və sosial infrastruktur yaradılır. Beləliklə, illərlə işğal və dağıntı ilə anılan Cəbrayıl bu gün yeni həyatın qurulduğu məkana çevrilir.

Vasif Qafarov
Milli Məclisin deputatı,
tarix elmləri doktoru



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki