Rəqqas və rəqs müəllimi Nicat Azadlının həyat yoldaşı onun barəsində zorakılığı əks etdirən video paylaşıb.
Korrekt.az xəbər verir ki, övladının adına olan “Instagram” hesabında paylaşım edən qadın Nicat Azadlı tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qaldığını da iddia edib.
Paylaşım müəllifi hamiləlik dövründə də döyüldüyünü və bunun bətnindəki övladının ölümünə səbəb olduğunu bildirib. O, rəqqasın ailə üzvləri tərəfindən təhqir və təzyiqlərə məruz qaldığını da qeyd edib.
Qadının sözlərinə görə, fotoşəkillər, səs yazıları və videolarla polisə müraciət edib, iş məhkəməyə göndərilib. O, məhkəmə prosesinin nəticəsində 1500 manat cərimə tətbiq olunduğunu bildirərək buna etiraz edib.
“Bütün verdiyi zülmlərə susuldu. Şəkillərlə, sübutlarla, səs yazmaları və videolarla polisə müraciət elədim, iş məhkəməyə getdi”, – paylaşımda qeyd olunub.
Nicat Azadinin həyat yoldaşı paylaşdığı videoda rəqqasın avtomobildə hərəkətdə olarkən ona qarşı qeyri-etik hərəkətlər etdiyini iddia edib.
Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən araşdırma aparılır.





















