Tarixdə ən qəribə müharibələrdən biri “335 illik müharibə” hesab olunur.
Bu qarşıdurma 1651-ci ildə İngiltərənin cənub-qərbində yerləşən Silli adaları ilə Niderland arasında başlayıb.
Hadisənin kökü İngiltərə vətəndaş müharibəsinə gedib çıxır. Həmin dövrdə adalarda kral tərəfdarları fəaliyyət göstərirdi və Hollandiya gəmilərinə zərər vurduğu iddia olunurdu. Buna cavab olaraq holland donanması adalara qarşı müharibə elan edib.
Lakin maraqlısı odur ki, heç bir hərbi əməliyyat baş verməyib. Bir müddət sonra vəziyyət unudulub və tərəflər arasında sülh müqaviləsi də imzalanmayıb.
Yalnız 1986-cı ildə tarixçilər bu qəribə vəziyyəti araşdırarkən məlum olub ki, müharibə hüquqi baxımdan hələ də davam edir. Bundan sonra Hollandiya nümayəndələri adalara səfər edib və rəsmi sülh sazişi imzalanıb.
Beləliklə, 335 il davam edən bu müharibədə nə bir güllə atılıb, nə də insan itkisi qeydə alınıb.
Bu hadisə tarix kitablarına dünyanın ən uzunmüddətli və ən dinc müharibəsi kimi düşüb.





















