Tatarıstandakı “Nijnekamskneftekhim” zavodunda yanğın baş verib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yanğının qarşısının alınması işləri davam etdirilir.
Yanğından sakinlər və ya ətraf mühit üçün heç bir təhlükə qeydə alınmayıb.

Şirkətin məlumatına görə, “Nizhnekamskneftexim”də baş verən yanğına avadanlıqların nasazlığı səbəb olub. Xəsarət alanlar var və say müəyyənləşdirilir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Nizhnekamskneftexim”də baş verən yanğın nəticəsində 13 nəfər xəsarət alıb.
Şəhər aeroportunda təyyarələrin qəbuluna və uçuşuna məhdudiyyətlər qoyulub.





















