image-1backend

Tərlan Yəhyayev yüksək vəzifəyə təyin olundu

image-ads-728x90

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud əmr imzalayıb.

Əmrə əsasən, Tərlan Yəhyayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl AYNA-nın Parklanmanın Təşkili Departamentinin direktoru postunda çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 13-də imzaladığı sərəncamla Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki