Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı mövzuya yenidən toxunub. ABŞ prezidenti bu müharibənin uzun sürmyəcəyini İranın tezliklə məğlub ediləcəyini bildirib.
Tramp deyib: “Biz eynilə İran İslam Respublikasında da qalib gəlirik və onların bir daha heç vaxt başqalarına etdiklərini bizə edə bilməyəcəklərindən əmin oluruq.
Bilirsiniz, onlar 52 mindən çox etirazçını öldürüblər.
Son bir neçə ay ərzində etiraz edən 52 min insan öldürülüb.
Heç kim bu barədə danışmaq istəmir, arxadakı yalan xəbər mediası bunu heç vaxt qeyd etmir”.





















