image-1backend

Tramp FİFA prezidenti İnfantinonu müdafiə etdi: “Onu dəyişmək böyük səhv olardı”  

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonu müdafiə edib.

Korrekt.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada FİFA-nın hər hansı səbəbdən İnfantinonu vəzifəsindən uzaqlaşdırmağı düşünməsinin “dəhşətli səhv” olacağını bildirib.

ABŞ lideri İnfantinonu “fantastik insan” adlandıraraq onun rəhbərliyi dövründə keçirilən Dünya Çempionatının böyük uğur qazandığını qeyd edib.

“Əgər o getsə, turnir bir daha heç vaxt bu qədər uğurlu və gəlirli olmayacaq”, – deyə Tramp bildirib.

Trampın bu açıqlaması İnfantinoya qarşı FİFA daxilində və beynəlxalq futbol qurumları arasında təzyiqlərin artdığı bir vaxta təsadüf edib. UEFA, AFC və CONCACAF son günlərdə İnfantinonu tənqid edərək onun rəhbərliyi ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə ediblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki