ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran nümayəndələrinin keçirdiyi danışıqların müsbət keçdiyini bildirib.
Korrekt.az xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər danışıqlar üçün “çox yaxşı” bir gün keçiriblər və prosesin nəticəsi yaxın 48 saat ərzində məlum ola bilər.
ABŞ prezidenti həmçinin Hörmüz boğazının qısa müddətdə yenidən gəmiçilik üçün açılacağını iddia edib.
“Boğaz çox tezliklə açılacaq. Əks halda onlara ağır zərbələr endiriləcək və sonra boğaz açılacaq”, – deyə Tramp bildirib.
O əlavə edib ki, İranın nüvə silahı əldə etməməsi ilə bağlı öhdəliyinin rəsmi şəkildə təsdiqlənəcəyini gözləyir.





















