image-1backend

Tramp: “ İranla müharibədə qalib gəlsək, neftin qiyməti düşəcək” 

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp İranla müharibənin gedişindən və enerji bazarındakı vəziyyətdən danışıb.

Korrekt.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ-nin İranla müharibədə qalib gələcəyi təqdirdə neft qiymətlərinin “raket kimi düşəcəyini” bildirib.

ABŞ prezidenti, habelə, Vaşinqtonun hazırda Hörmüz boğazına “demək olar ki, tam nəzarətə” malik olduğunu deyib.

Tramp İranın nüvə proqramına da toxunaraq bildirib ki, İranın nüvə silahına malik olması İsrail üçün ciddi təhlükə yaradardı. O, eyni zamanda, özünün prezident olmasaydı, İsrailin mövcudluğunun təhlükə altında qala biləcəyini dilə gətirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki