image-1backend

Tramp Kanada şirkətlərini ABŞ-a köçməyə çağırıb: “Tarif yoxdur”

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət gərginliyinin artdığı bir vaxtda Amerika bazarında fəaliyyət göstərən Kanada şirkətlərini sərhədin cənubuna – ABŞ-a “dərhal” köçməyə çağırıb.

Tramp “Truth Social” platformasında bildirib ki, ABŞ-la biznes aparan Kanada şirkətləri ölkəyə köçdükləri təqdirdə tarif ödəməyəcəklər.

ABŞ prezidentinin bu çağırışı Kanada məhsullarına yeni 50 faizlik tariflərin tətbiqi ilə bağlı açıqlamasından sonra səslənib. Yeni rüsumların Kanada avtomobilləri, yük maşınları, avtomobil hissələri və poladına şamil olunacağı və yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilib.

Tramp Kanadanı ABŞ-la ticarətdə “ən pis sui-istifadə edənlərdən biri” adlandırıb. O, Kanada avtomobilləri, ehtiyat hissələri və digər Kanada istehsalı məhsullarına ehtiyac olmadığını bildirib.

“Onlar on illərdir bizi aldadırlar və bu, dayanacaq”, – deyə Tramp qeyd edib.

ABŞ və Kanada arasında ticarət danışıqları avqustun 21-də nəticəsiz başa çatıb. Bundan sonra Vaşinqton bir sıra Kanada məhsullarına 50 faizlik tarif tətbiq edib. Ottava isə buna cavab olaraq ABŞ-dan idxal olunan yüzlərlə məhsula yüksək rüsumlar tətbiq etməyə hazırlaşır.

Kanadanın Baş naziri Mark Karni sentyabrın 8-dən etibarən təxminən 700 ABŞ məhsuluna 50 faizə qədər rüsum tətbiq ediləcəyini açıqlayıb.

Gərginlik fonunda Ontario əyalətinin Baş naziri Duq Ford Ottavanı ABŞ-a qarşı daha sərt tədbirlər görməyə çağırıb. O, neft, kalium və strateji mineralların ixracına məhdudiyyətlərin tətbiq edilməsini, həmçinin ABŞ-a elektrik enerjisi tədarükünün azaldılması və ya dayandırılmasını mümkün variant kimi irəli sürüb.

Tramp isə Fordun təhdidlərini “boşboğazlıq” adlandırıb və Kanada liderlərini sərt şəkildə tənqid edib.

ABŞ-Kanada münasibətlərində ticarət mübahisəsinin dərinləşməsi iki ölkə arasında uzun illər davam edən iqtisadi tərəfdaşlıq üçün ciddi sınaq yaradıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki