image-1backend

Milyonlarla əcnəbiyə PİS XƏBƏR: Almaniya vətəndaşlığı üçün qapılar bağlanır

image-ads-728x90

Almaniya hökuməti ölkə vətəndaşlığını əldə etmək üçün daha sərt tələbləri müzakirə etməyə başlayıb.

Korrekt.az  “Bild” nəşrinə istinadən xəbər verir ki, bu dəyişikliklər Almaniyadakı ukraynalılara da birbaşa təsir edəcək.

Xristian Demokratlar koalisiya tərəfdaşlarına vətəndaşlıq qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı bir sıra yeni təkliflər irəli sürüblər.

Təklif olunan əsas dəyişikliklərə əsasən, vətəndaşlıq üçün tələb olunan Almaniyada daimi yaşama müddətinin beş ildən səkkiz ilə qədər artırılması nəzərdə tutulur.

Eyni zamanda, ikili vətəndaşlığa yalnız müstəsna hallarda icazə verilməsi planlaşdırılır ki, bu dəyişikliklər artıq iki pasportu olan şəxslərə şamil olunmayacaq.

Bununla yanaşı, alman dili biliyi səviyyəsinə dair tələbin B1-dən B2-yə qaldırılması və vətəndaşlığa qəbul prosesi üçün gözləmə müddəti ərzində sosial müavinətlərin alınmasının qadağan edilməsi təklif olunur.

Bunun müqabilində isə Almaniyada qanuni olaraq işləyən və ya peşə təhsili alan əcnəbilər üçün yaşama hüququ əldə etmə meyarlarının genişləndirilə biləcəyi bildirilir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki