Dünən ABŞ-nin dövlət katibi Marko Rubio İranın Vaşinqtonu hədəfə ala biləcəyi ilə bağlı yayılan məlumatlardan sonra jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlərdən birinin Vaşinqtona yaxın zamanda mümkün hücumun onu narahat edib-etmədiyi barədə sualına Rubio ABŞ-nin ölkəyə qarşı yarana biləcək təhlükələri daim diqqətdə saxladığını bildirib.
“Biz hər gün ölkəmizə təhlükə yarada biləcək hər hansı bir məsələ ilə bağlı narahatıq. Ancaq hazırda hər hansı təcili təhlükənin mövcud olduğunu düşünmürəm.
Konkret heç bir şərh verməyəcəm, çünki bu məlumatları sizə kimin ötürdüyünü bilmirəm. Habelə, iddiaların heç olmasa yarısı doğrudursa, məlumatı yayan şəxslər ya diqqət çəkməyə çalışan yalançılardır, ya da böyük ehtimalla cinayət törətmiş şəxslərdir”, – deyə dövlət katibi vurğulayıb.





















