image-f27469fa269ff174c7a9f9ed55d1d7a7backend

Trampın “arxa bağçasında” seçki şoku: Demokrat namizəd…

image-ads-728x90

ABŞ porezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahının yerləşdiyi Florida ştatının Nümayəndələr Palatasında xüsusi seçkilərdə Demokrat Emili Qreqori qalib gəlib.

Korrekt.az xəbər verir ki, The Hill qəzetinin təqdim etdiyi seçki məntəqəsinin məlumatlarına görə, Qreqori səslərin 51 faizini, ABŞ prezidenti tərəfindən dəstəklənən rəqibi respublikaçı Con Meypls isə 49 faizini toplayıb.

NBC-nin məlumatına görə, Florida Demokrat Partiyasının sədri Nikki Frid Qreqorinin uğurunun demokratların istənilən yerdə, hətta Trampın “arxa bağçasında” belə qalib gələ biləcəyini sübut etdiyini bildirib.

ABŞ Demokrat Partiyası əvvəllər Virciniya və Nyu-Cersi ştatlarında qubernator seçkiləri, eləcə də Nyu-York şəhərində mer seçkiləri də daxil olmaqla bir neçə başqa seçkilərdə qələbə qazanıb.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki