image-1backend

Türk media nümayəndələri Qarabağdakı quruculuq işləri ilə tanış olacaqlar

image-ads-728x90

Türkiyədən Azərbaycana səfər edən media və nümayəndə heyəti Ağdam, Şuşa, Laçın və Xankəndidə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanış olacaq.

EDnews xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) rəhbəri, professor Aygün Attar mətbuata açıqlamasında bildirib.

Qeyd olunub ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Kültürlərarası Ağ Dərnəyi, Türkiyənin Azərbaycandakı səfirliyi və səfirliyin mətbuat müşavirliyinin əməkdaşlığı ilə təşkil olunan səfərdə Türkiyənin nüfuzlu media qurumlarının nümayəndələri iştirak edirlər.

Bildirilib ki, nümayəndə heyətinə daxil olan jurnalistlər 44 günlük Vətən müharibəsi zamanı hazırladıqları yazı və reportajlarla Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsinə töhfə veriblər.

Səfərin növbəti mərhələsində türkiyəli jurnalistlər Ağdam, Şuşa, Laçın və Xankəndiyə gedərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesini, Böyük Qayıdış proqramının icrasını və bölgədə formalaşan sülh mühitini yaxından müşahidə edəcəklər.

Nümayəndə heyəti Şuşada muzeyləri və tarixi məkanları da ziyarət edəcək. Səfər müddətində Cənubi Qafqazda sabitliyin təmin olunması, regional əməkdaşlığın genişləndirilməsi və Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılacaq.

Avqustun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin iştirakı ilə proqramın yekun toplantısı keçiriləcək. Tədbirin sonunda mətbuat üçün açıqlamanın verilməsi və yekun bəyanatın qəbul olunması planlaşdırılır.

Təşkilatçılar vurğulayıblar ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada bənzəri olmayan qardaşlıq nümunəsidir və bu əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki