Türkiyə bu ilin ilk rübündə turizmdən 9 milyard 896 milyon 456 min dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
Bu barədə Türkiyə Statistika Qurumunun bu ilin yanvar–mart aylarına aid statistikasında bildirilib.
Qeyd edilib ki, gəlirin 9 milyard 694 milyon 574 min dolları ölkəni ziyarət edən turistlərdən, 201 milyon 883 min dolları isə transfer sərnişinlərdən əldə olunub.
Turistlərin 55,3 faizi Türkiyəyə səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər məqsədi ilə gəliblər.





















