Korrekt.az xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün həftəlik brifinqdə jurnalistlərə bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri ilə bağlı danışıqlar davam edir.
Onun sözlərinə görə, səfərin həyata keçirilməsi prinsipcə razılaşdırılıb və tərəflər hazırda uyğun tarixi müəyyən etmək üçün danışıqlar aparırlar. Bəqayi qeyd edib ki, səfərin dəqiq vaxtı diplomatik kanallar vasitəsilə yaxın vaxtda dəqiqləşəcək.





















