image-1backend

Türkiyə Televiziyasının məşhur əməkdaşı MOSSAD tərəfindən oğurlanıb

image-ads-728x90

İsraildə yoxa çıxan tarixçi, jurnalist və TRT-nin rus dilində yazarı Artem Kirpiçenok, ehtimal ki, İsrailin Şin Bet təhlükəsizlik xidmətinin nəzarətindədir.

Korrekt.az xəbər verir ki, bu barədə jurnalist və Dövlət Dumasının keçmiş deputatı Darya Mitina bildirib.

Onun sözlərinə görə, Kirpiçenok həbsxanada saxlanılır və onu vəkil İnna Led təmsil edir. Mitina tarixçinin Rusiya və İsrail vətəndaşlığına malik olduğunu bildirib və vəziyyətlə bağlı maksimum dərəcədə ictimaiyyətin məlumatlandırılmasına çağırıb.

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov TASS-a bildirib ki, rusiyalı diplomatlar hələlik Kirpiçenkodan heç bir sorğu almayıblar və mövcud məlumata görə, Kirpiçenko İsrail hakimiyyəti tərəfindən saxlanıla bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki