image-1backend

Türkiyədə kollektiv partiya dəyişikliyi – Hamısı birdən getdi

image-ads-728x90

Türkiyənin Biləcik şəhərinin bələdiyyə sədri Melek Mızrak Subaşı və bələdiyyə şurasının üzvləri Yeni Partiyaya qoşulublar.

Korrekt.az  xəbər verir ki, bu barədə qərar bələdiyyə şurasının iclasında açıqlanıb.

Şeyx Edebali Mədəniyyət və Konqres Mərkəzində keçirilən iclasda çıxış edən Melek Mızrak Subaşı bildirib ki, ötən həftə həm özü, həm də bələdiyyə şurasının üzvləri əvvəlki partiyalarından istefa ərizələrini təqdim ediblər və bundan sonra Yeni Partiyaya üzvlük prosedurlarını tamamlayıblar.

Subaşı çıxışında artıq rəsmi olaraq Yeni Partiyanın üzvü olduqlarını açıqlayaraq bunları deyib:

“Bələdiyyə Şurasının üzvləri ilə birlikdə artıq Yeni Partiyanın üzvü olduğumuzu bildirməkdən məmnunluq və qürur duyuram. Biləcik xalqına verdiyimiz vədləri yerinə yetirməyə, Yeni Partiyanın çətiri altında eyni qətiyyət və əzmlə xidmət etməyə davam edəcəyik”.

Bələdiyyə sədrinin açıqlaması iclas iştirakçıları tərəfindən diqqətlə qarşılanıb.

Qeyd edək ki, Melek Mızrak Subaşı və bələdiyyə şurası üzvlərinin partiya dəyişikliyi Türkiyə siyasi gündəmində müzakirə olunan mövzulardan biri olub.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki