image-1backend

Türkiyənin energetika naziri : “ Rusiya,  İran və  Azərbaycandan qaza ehtiyacımız var”  

image-ads-728x90

Korrekt.az xəbər verir ki, dünən Türkiyənin energetika naziri Alparslan Bayrakdar ölkənin enerji təchizatı ilə bağlı açıqlamasında Rusiyanın uzun illərdir Türkiyə üçün “etibarlı qaz təchizatçısı” olduğunu bildirib.

O, jurnalistlərə müsahibəsində qeyd edib ki, Türkiyə 1980-ci illərdən bəri Rusiyadan qaz alır və bu təchizat bu gün ölkənin bütün bölgələrində istifadə olunur. Nazir Ankaranın Rusiyadan qaz idxalını davam etdirəcəyini vurğulayıb.

Bayrakdar əlavə edib ki, Türkiyənin qaz təchizatında Rusiya ilə yanaşı İran və Azərbaycana da ehtiyacı var. Nazirin sözlərinə görə, ölkənin məqsədi daxili bazarı ucuz, rəqabətədavamlı və etibarlı qazla təmin etməkdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki