image-1backend

Ukrayna cəbhəyə  döyüş robotu göndərir

image-ads-728x90

Ukrayna ordusu bu il cəbhə xəttində istifadə üçün 50 mindən çox döyüş robotu istehsal etməyi və istifadəyə verməyi planlaşdırır.

Korrekt.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Ukraynanın hazırladığı yerüstü robot sistemləri müxtəlif silahlarla təchiz edilir və döyüş əməliyyatlarında istifadə olunur.

Bildirilib ki, bu robotlar yalnız hücum və müdafiə tapşırıqları üçün deyil, həmçinin yaralı hərbçilərin döyüş zonasından çıxarılması kimi missiyalarda da tətbiq edilir.

“Deutsche Welle”nin (DW) məlumatına əsasən, Kiyev robot texnologiyalarından istifadə etməklə ordudakı şəxsi heyət çatışmazlığını azaltmağa çalışır. İnsanların bəzi döyüş tapşırıqlarında robotlarla əvəzlənməsi isə itkilərin azalmasına imkan yarada bilər.

Ukrayna son dövrlərdə pilotsuz sistemlərə, o cümlədən hava və yerüstü robot texnologiyalarına hərbi strategiyasının əsas istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki