image-1backend

Ukraynanın xarici işlər naziri : “ Xameneyinin ölümü  Putinin devrilməsini sürətləndirəcək”  

image-ads-728x90

Bu gün Ukraynanın xarici işlər naziri Andrey Sibiha İran və Rusiya ilə bağlı sərt açıqlama verib.

Korrekt.az xəbər verir ki, nazir “X” hesabında yazıb ki, İranın ali rəhbəri Əli Xameneyinin rəhbərlik etdiyi rejimin süqutu Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin zəifləməsinə və süqutunun sürətlənməsinə səbəb olacaq.

Sibiha bildirib ki, Moskva öz “müttəfiqini” xilas etməyə tələsmir və Kremlin əsas marağı neft qiymətlərinin artmasıdır.

Nazirin sözlərinə görə, Putin yalnız Xameneyinin ölümündən sonra başsağlığı verib və bununla kifayətlənib. Sibiha deyib ki, Moskva tarix boyu dəstəyinə güvənən tərəfdaşlarını ən kritik anda tək qoyub.

O, Suriyanın keçmiş prezidenti Bəşar Əsəd, Venesuela lideri Nikolas Maduro və Xameneyinin mümkün süqutunun Moskva üçün strateji nəticələr doğuracağını vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki