image-1backend

Umerov Parisdə Zelenski ilə görüşəcək — Axios

image-ads-728x90

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rustem Umerov bazar ertəsi Ukrayna prezidenti Vladimir Zelenski ilə Parisdə görüşəcək. Korrekt.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Nəşrin yazdığına görə, Umerov Parisdəki görüş zamanı Floridada ABŞ nümayəndə heyəti ilə keçirilmiş danışıqlarla bağlı prezidentə ətraflı hesabat təqdim edəcək. Umerov həmin danışıqlarda Ukrayna tərəfinə rəhbərlik edib.

Bundan əvvəl bildirilmişdi ki, Rusiya ilə münaqişənin başa çatmasından sonrakı sərhədlər məsələsi Ukrayna və ABŞ arasında aparılan gərgin müzakirələrin əsas mövzularından biri olub. Məlumata görə, görüş əvvəlcə geniş tərkibdə keçirilib, daha sonra isə danışıqlar hər iki tərəfdən yalnız üç rəsmi şəxsin iştirakı ilə davam etdirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki