PSG-nin futbolçusu Vitinha dünyanın ən yaxşı yarımmüdafiəçiləri barədə fikirlərini bölüşüb. O bildirib ki, özünü “ən yaxşı” adlandırmağı sevmir, çünki bunu təkəbbür hesab edir, amma siyahıda yer aldığını bilir.
Korrekt.az xəbər verir ki, Vitinha qeyd edib ki, ilk sırada Pedri olmalıdır: “O, sehrbazdır və oyunu heyran edir.”
Daha iki futbolçunu seçmək çətin olsa da, o Joao Neves və Bruno Fernandesi Pedri və özü ilə birlikdə ilk “4-lük”də yer almağa layiq hesab edir. Vitinha top-3 seçiminin mümkün olmadığını bildirib və siyahıda dörd futbolçunun olmasının daha doğru olduğunu vurğulayıb.





















