ABŞ Prezidenti Donald Trampın iyul ayında NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfəri zamanı təhlükəsizlik səbəbilə gizli şəkildə başqa təyyarəyə keçirildiyi bildirilir.
“The Washington Post”un məlumatına görə, Tramp Ankara Hava Limanına çatdıqdan sonra kameralar qarşısında prezident təyyarəsi “Air Force One”a minib. Lakin bir neçə dəqiqə sonra ABŞ prezidenti hava limanının xidməti yük maşını ilə gizli şəkildə ərazidən çıxarılıb və daha kiçik hərbi təyyarəyə keçirilib.
Bu səbəbdən Trampın harada olduğu bir neçə saat ərzində həm ictimaiyyətə, həm də onu müşayiət edən jurnalistlərə məlum olmayıb.
Nəşrin yazdığına görə, görünməmiş təhlükəsizlik tədbiri ABŞ-ın İran ərazisindəki hədəflərə endirdiyi yeni zərbələrdən cəmi bir gün sonra həyata keçirilib.
ABŞ rəsmiləri Trampın həyatına yönəlmiş təhdidlərin “son dərəcə ciddi” olduğunu bildiriblər.
Məlumata görə, prezidentin marşrutunun və nəqliyyat vasitəsinin son anda dəyişdirilməsi mümkün hücum risklərinə qarşı görülən əlavə təhlükəsizlik tədbirlərindən biri olub.





















