image-1backend

WSJ: Tramp Ukraynanın uduzduğunu iddia edir, əslində vəziyyət belədir…

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp Ukraynanın guya Rusiya qarşısında məğlub olmaq üzrə olduğunu iddia edib. Lakin The Wall Street Journal yazır ki, Ukrayna cəbhəsində döyüşən zabitlər və Qərb hərbi rəsmiləri bu fikri təkzib edirlər. Onların sözlərinə görə, Ukrayna ordusu Rusiya hücumlarını dayan­dırmağa və düşmənə ciddi itkilər verməyə davam edir.

Korrekt.az xəbər verir ki, Ukraynanın Ayrı Prezident Briqadasının batalyon komandiri, mayor Oleg Qluşko döyüş mövqelərində vəziyyəti belə təsvir edir:

“Bəzən onlar (ruslar) bayraqlarını qaldırıb mövqeni ələ keçirdiklərini deyirlər. Amma biz təmizləmə əməliyyatı aparırıq, onların simvollarını götürürük və mövqe yenidən bizim nəzarətimizdə qalır.”

WSJ qeyd edir ki, döyüş meydanına verilən müxtəlif qiymətləndirmələr Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-ın dəstəklədiyi sülh planı çərçivəsində Rusiya tələblərinə uyğun kompromisə getməyi çətinləşdirir. Moskvanın dörd ilə yaxın davam edən müharibədə ələ keçirə bilmədiyi ərazilərin verilməsi tələbi Kiyev üçün qəbuledilməzdir.

Ukrayna ordusu ciddi problemlərlə – ilk növbədə canlı qüvvə çatışmazlığı ilə üzləşir. Bu, ön xəttdəki bölmələrin daha zəif vəziyyətə düşməsinə səbəb olur. Rusiya isə genişmiqyaslı dron istifadəsi ilə Ukraynanın əvvəlki üstünlüklərini qismən neytrallaşdırır.

Bu ay Rusiya iki ildən çox müddətdə ilk “əhəmiyyətli qələbə” əldə etdiyini – Pokrovsk şəhərini tutduğunu iddia etsə də, Kiyev bunu təkzib edir.

NATO baş katibinin müavini Radmila Şekerinska bildirir:

“Meydanda müəyyən irəliləyiş var, amma çox kiçikdir. Ukraynanı çox ağır qış gözləyir. Müharibədə say amili böyük rol oynayır. Bu səbəbdən qoşunları yeniləyib cəbhəyə daşımaq çətindir. Amma Ukraynanın cəsarəti bu çatışmazlıqları kompensasiya edir.”

Qərb ölkələri dron və raket hücumlarını dəf etmək üçün Kiyevə hava hücumundan müdafiə sistemləri, artilleriya və uzaqmənzilli raketlər verməkdə davam edir.

Ukrayna zabitlərinin sözlərinə görə, Rusiya ordusu cəbhədə boşluq tapmaq üçün böyük bölmələrlə hücum edir, lakin bu cəhdlərin əksəriyyəti uğursuz olur.

Mayor Qluşko deyir:

“Bölməmiz tipik rus hücumunu dəf etdi, düşmən hava şəraitindən istifadə etməyə çalışarkən bir neçə hərbi texnikasını məhv etdik.”

O əlavə edir ki, ukraynalılar kiçik rus piyada qruplarını aşkar edib zərərsizləşdirməyə qadirdirlər, baxmayaraq ki, bəzi hallarda say üstünlüyünə görə ayrı-ayrı qruplar irəliləyə bilir.

56-cı briqadanın podpolkovniki isə bildirib ki, ruslar Çasov Yar istiqamətində yeni qüvvələri rotasiya edərək irəliləyiş əldə etməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər:

“Rusiya dron və raket hücumlarını artırsa da, heç bir həlledici nəticə əldə edə bilməyib və biz onların buna nail olmasına imkan verməyəcəyik.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki