image-1backend

Xaçaturyan bacılarının işi sentyabr ayına qədər uzadıldı

image-ads-728x90

Atalarını qətlə yetirməkdə ittiham olunan Xaçaturyan bacıları ilə bağlı cinayət işi sentyabr ayına qədər uzadılıb.

Korrekt.az xəbər verir ki, bu barədə bacıların vəkili RT-yə açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi ötən ilin aprelində məhkəmənin Mixail Xaçaturyanı ölümündən sonra qızlarına qarşı cinsi zorakılıq və pornoqrafik materiallar yaymaqda təqsirli bilməsindən sonra bacılara qarşı bütün ittihamların ləğv ediləcəyinə ümid edirdi.

Müdafiə tərəfi hesab edir ki, bu qərar qızların hərəkətlərinin özünümüdafiə xarakteri daşıdığını təsdiqləyir və cinayət işinə xitam verilməlidir.

Vəkil bildirib ki, iş üzrə yeni müstəntiq təyin olunub. O, həmçinin qeyd edib ki, Mixail Xaçaturyanın qohumları onun təqsirli bilinməsi ilə bağlı birinci və ikinci instansiya məhkəmələrinin qərarlarından kassasiya şikayəti veriblər.

Xatırladaq ki, 27 iyul 2018-ci ildə Mixail Xaçaturyanın meyiti Moskvanın Altufyev şossesində yerləşən mənzildə çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanıb.

Həmin ilin avqustunda onun üç qızı qətli törətdiklərini etiraf etsələr də, uzun illərdir atalarının zorakılığına məruz qaldıqlarını və hadisənin özünümüdafiə məqsədilə baş verdiyini bildirirlər.

2021-ci ildə Xaçaturyan bacıları atalarına qarşı zorakılıq işi üzrə zərərçəkmiş şəxs kimi tanınıblar. 21 aprel 2025-ci ildə isə Moskvanın Butırski Rayon Məhkəməsi Mixail Xaçaturyanı ölümündən sonra üç qızına qarşı zorakılıq etməkdə təqsirli bilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki