image-1backend

Yaponiyada gecə F-35 uçuşları qadağan edilir

image-ads-728x90

Yaponiyanın Miyazaki prefekturasının 370-dən çox sakini Nyutabaru hava bazasında ən son F-35B döyüş təyyarələrinin gecə və səhər tezdən uçuşlarının qadağan edilməsi tələbi ilə kollektiv iddia qaldırıb. Onlar həmçinin səs-küylə bağlı dəyən ziyana görə dövlətdən kompensasiya tələb edirlər.

Korrekt.az xəbər verir ki, beşinci nəsil F-35B döyüş təyyarələri hazırda modernləşdirmə mərhələsində olan iki Yaponiya yüngül təyyarədaşıyan gəmisini təchiz etmək üçün nəzərdə tutulub. Bu qırıcılardan səkkizi hazırda Nyutabaru bazasında yerləşdirilib, lakin sonda onların sayı 42-yə çatdırılacaq. Məhkəmə iddiasının təşkilatçıları, xüsusən də F-35B-nin simulyasiya edilmiş təyyarədaşıyan göyərtəyə şaquli eniş təlimləri zamanı yaranan səs-küydən şikayətlənirlər.

2017-ci ildə oxşar iddia artıq Miyazaki Rayon Məhkəməsinə təqdim edilmişdi və məhkəmə yerli sakinlərə 200 milyon yendən (cari məzənnə ilə 1,2 milyon dollardan çox) çox kompensasiya ödənilməsini əmr etmişdi. Lakin sonradan bütün səviyyəli məhkəmələr uçuşların dayandırılması tələbini rədd etdi.

Yaponiyanın Hava Özünümüdafiə Qüvvələri hazırda iki variantda – ənənəvi aerodromlar və təyyarədaşıyan gəmilər üçün – 55 ədəd F-35 təyyarəsinə malikdir və bunlar qismən ABŞ-dan alınır və qismən də ölkə daxilində yığılır. Ümumilikdə, Tokioda Vaşinqtonun digər müttəfiqlərindən daha çox – 147 belə qırıcı olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki