image-1backend

Yusif Məmmədəliyevin qızı Prezident İlham Əliyevə təşəkkür etdi

image-ads-728x90

Yusif Məmmədəliyevin ailəsi akademikin xatirəsinə olan ehtirama görə Prezident İlham Əliyevə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, akademikin həyat yolu onu tanıyanlar üçün sadəcə elmi yox, həm də vətənə bağlılıq, xidmət yoludur:

“Bu gün yüzlərlə şəxsin Yusif Məmmədəliyevin davamçısı olması bunun bariz nümunəsidir. Akademikin xatirəsinə göstərilən böyük ehtirama görə alimin ailəsi adından Prezident İlham Əliyevə təşəkkür edirəm”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki