Korrekt.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, İrəvanın hazırkı kursu Rusiyanın maraqlarına qarşı konkret addımlara gətirib çıxarır.
“Bu, rəsmi İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı genişləndirməyə yönəlmiş daha bir konkret addımıdır… Lakin praktikada məlum olur ki, bunlar Rusiyanın maraqlarına qarşı konkret hərəkətlərə gətirib çıxaran addımlardır”, – deyə Zaxarova ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərini şərh edərkən bildirib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək keçirilir.





















