Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri təyin olunub.
Korrekt.az xəbər verir ki , bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Ukrayna səfirləri ilə görüşündə bildirib.
Zelenski bildirib ki, “Umerov eyni zamanda diplomatiya, müdafiə və ABŞ və digər tərəfdaşlarla danışıqlar prosesi kimi məsələlərlə məşğul olmaq üçün daha çox imkan yaratmaq məqsədilə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib”.
Daha əvvəl Umerovun Ukraynanın ABŞ-dakı səfiri ola biləcəyi barədə şayiələr yayılmışdı, lakin Olqa Stefanişina bu vəzifəyə təyin olunmuşdu.





















