image-1backend

Zelenski: Putin müharibəni dayandırmağa hazır deyil

image-ads-728x90

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin atəşkəsə hazır deyil və yüz minlərlə əsgəri səfərbər edib cəbhəyə göndərməyi planlaşdırır ki, bu da Ukrayna üçün ciddi təhlükə yaradacaq.

Korrekt.az xəbər verir ki, bunu “Sky News”a verdiyi müsahibədə bildirib.

“Putin bu müharibəni dayandırmağa hazır deyil. Kəşfiyyatdan bir məlumat aldım: o, səfərbərliyə hazırlaşır. O, bunu 21 sentyabrda (Dövlət Duması) keçiriləcək seçkilərdən sonra etmək istəyir”, – deyə Zelenski bildirib və əlavə edib ki, bu, açıq şəkildə edilməyəcək, çünki Putin cəmiyyətdən qorxur.

Zelenskinin sözlərinə görə, Rusiya 300-500 min nəfəri səfərbər etməyi planlaşdırır ki, bu da Ukrayna üçün “böyük problemə çevriləcək”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki