image-images-1backend

2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb

image-ads-728x90

“2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb”- Korrekt.az xəbər verir ki, bu fikirləri AİBNDA sədrinin müavini Mirzə Mirzəyev Şamaxıda keçirilən “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı bildirib.

Mirzə Mirzəyev bildirib ki, dövlət satınalmaları ölkə iqtisadiyyatının strateji istiqamətlərindən biri olmaqla, dövlət maliyyə resurslarının səmərəli idarə edilməsində mühüm rol oynayır.

“Bu sahədə qəbul olunan qərarlar yalnız dövlət qurumlarının mal, iş və xidmətlərə olan tələbatının ödənilməsi ilə məhdudlaşmır. Həmçinin rəqabət mühitinin inkişafına, sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsinə və büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə birbaşa təsir göstərir.”- deyə Mirzə Mirzəyev bildirib.

Mirzə Mirzəyev bildirib ki, son illərdə ölkəmizdə dövlət satınalmaları sisteminin daha müasir, rəqəmsal və rəqabətə əsaslanan model üzrə inkişaf etdirilməsi istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mühüm addımlar atılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki