image-1backend

820 milyon dollarlıq qanunsuz mərc şəbəkəsi ifşa olundu: 73 nəfər saxlanılıb

image-ads-728x90

Türkiyə polisi dünən gecə genişmiqyaslı əməliyyat keçirib. Korrekt.az  xəbər verir ki, Batman şəhərində mərkəzləşdirilmiş və 10 vilayəti əhatə edən qanunsuz mərc və virtual qumar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 73 şübhəli saxlanılıb, daha 8 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Türkiyə Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırma zamanı şübhəlilərin qanunsuz mərc və virtual qumar saytları vasitəsilə əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına, daha sonra isə kriptovalyuta hesablarına köçürərək yuduqları müəyyən edilib.

İstintaq materiallarına əsasən, 81 şübhəlinin ümumilikdə 2 milyondan çox bank əməliyyatı həyata keçirdiyi və bu əməliyyatların ümumi dövriyyəsinin 15 milyard 172 milyon 805 min 258 türk lirəsi təşkil etdiyi bildirilib. Bu məbləğ təxminən 820 milyon Azərbaycan manatına bərabərdir.

İstanbul, Ankara, Antalya, İzmir, Sakarya, Kastamonu, Nevşehir, Mersin və Diyarbakır daxil olmaqla 10 vilayətdə 105 əməliyyat qrupu və 350 əməkdaşın iştirakı ilə eyni vaxtda reydlər keçirilib. Əməliyyat zamanı 73 nəfər saxlanılıb.

Hazırda saxlanılan şəxslər polis bölməsində dindirilir. Digər 8 şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki