image-5backend

ArkMed Global Health and Travel Samsunda keçirilən beynəlxalq səhiyyə zirvəsində təmsil olunub -FOTOLAR

image-ads-728x90

Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisində ArkMed Global Health and Travel şirkəti də təmsil olunub.

Beynəlxalq səhiyyə əməkdaşlığının genişləndirilməsi, tibbi turizmin inkişafı və müasir tibbi xidmətlərin təşviqinə həsr olunan tədbirdə şirkətin rəhbəri Əli Əlizadə dəvətli qonaq qismində iştirak edib.

Sammit və sərgi çərçivəsində səhiyyə müəssisələrinin nümayəndələri, tibb sektoru üzrə mütəxəssislər və beynəlxalq əməkdaşlıqda maraqlı olan tərəflər bir araya gəlib. Tədbir zamanı ArkMed Global Health and Travel nümayəndələri müxtəlif görüşlər keçirərək yeni işgüzar əlaqələr qurub, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

ArkMed Global Health and Travel tibbi turizm, tibbi konsaltinq, tibbi marketinq, eləcə də tibbi avadanlıqların təchizatı və satınalma proseslərinin təşkili istiqamətlərində fəaliyyət göstərir. Şirkət səhiyyə müəssisələri, beynəlxalq tərəfdaşlar və xarici pasiyentlər arasında etibarlı əlaqələrin qurulmasına, tibbi xidmətlərin beynəlxalq səviyyədə tanıdılmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verməyi hədəfləyir.

Səfər çərçivəsində diqqətçəkən məqamlardan biri Samsun Valiliyi tərəfindən nümayəndə heyətinə göstərilən qonaqpərvərlik olub. Əli Əlizadə valilikdə keçirilən görüşdə iştirak edib. Həmçinin Samsunun turizm sahəsinin nümayəndəsinin qonaqların qaldığı otelə səhər yeməyi zamanı gələrək onlarla görüşməsi səfərin yaddaqalan hadisələrindən biri kimi qiymətləndirilib.

Əli Əlizadə bildirib ki, beynəlxalq tədbirlər yeni tərəfdaşlıqların qurulması və səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır.

“ArkMed Global Health and Travel şirkətini yalnız tibbi turizm istiqamətində fəaliyyət göstərən bir şirkət kimi görmürəm. Məqsədimiz səhiyyə müəssisələrinin beynəlxalq əlaqələrinin inkişafına, tibbi xidmətlərin düzgün təqdimatına, pasiyentlərlə etibarlı kommunikasiyanın qurulmasına və tibbi təchizat proseslərinin təşkilinə dəstək olmaqdır.

İnanıram ki, Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Samsunda iştirakımız bizə yeni insanlarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıqlar üçün zəmin yaratmaq baxımından dəyərli təcrübə qazandırdı”, – deyə o qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, səhiyyə sahəsində uğurlu beynəlxalq əməkdaşlıq yalnız tibbi texnologiyalar və xidmətlərlə məhdudlaşmır. Qarşılıqlı etimad, institusional əlaqələr və uzunmüddətli tərəfdaşlıqlar da bu prosesdə mühüm rol oynayır.

Samsun səfəri ArkMed Global Health and Travel üçün beynəlxalq bazardakı imkanların öyrənilməsi, yeni işgüzar əlaqələrin qurulması və şirkətin fəaliyyət istiqamətlərinin daha geniş auditoriyaya təqdim olunması baxımından əhəmiyyət daşıyıb.

ArkMed Global Health and Travel gələcəkdə Azərbaycan və Türkiyə arasında səhiyyə əməkdaşlığının genişləndirilməsi, tibbi turizmin inkişafı və beynəlxalq tərəfdaşlıqların qurulması istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki