image-1backend

İsrail mediasından şok iddia: Netanyahu Türkiyə ilə müharibəyə başlayır

image-ads-728x90

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb.

Korrekt.az xəbər verir ki, “C14 News”un məlumatına görə, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsinə mane olmaq üçün artıq müəyyən addımlar atdığını bildirib.

Məlumata əsasən, Türkiyə Suriyadakı hava bazalarından birində hərbi mövqe tutmağı planlaşdırıb. Lakin İsrailin müdaxiləsi nəticəsində bu planın həyata keçirilməsinin qarşısı alınıb.

Netanyahu Türkiyə ilə birbaşa hərbi qarşıdurmanın baş verməyəcəyinə ümid etdiyini vurğulayıb. O, belə bir ssenarinin qarşısını almaq üçün səylər göstərdiyini də qeyd edib.

İsrailin baş naziri ABŞ Prezidenti Donald Trampla Türkiyə rəhbərliyinə münasibətdə fikir ayrılıqlarının olduğunu da etiraf edib.

Xatırladaq ki, Netanyahu daha əvvəl İsrailin yeni təhlükəsizlik konsepsiyasını təqdim edib. Yeni yanaşma mümkün təhdidlərin qarşısını almaqla yanaşı, onların aktiv şəkildə neytrallaşdırılmasını, o cümlədən qabaqlayıcı tədbirlərin görülməsini nəzərdə tutur.

Sənəddə Türkiyənin adı birbaşa çəkilməsə də, İsrailin Suriyadakı hərbi fəaliyyətinin bu strategiyanın müddəaları ilə əlaqəli olduğu bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki