image-1backend

Litva boşalır – Qiymətlər və miqrantlara görə sakinlər kütləvi şəkildə xaricə axışır

image-ads-728x90

Litva sakinləri getdikcə mənzil, ərzaq qiymətlərinin artımı və immiqrantlarla rəqabət fonunda başqa ölkələrdə yaşamağa, işləməyə gedirlər.

Bu barədə Litvanın Milli Radio və Televiziyası (LRT) məlumat yayıb.

Məlumata görə, ölkədən xaricə gedən vətəndaşların sayının artımı, eyni zamanda Vətənə qayıdanların sayının azalması tendensiyası müşahidə olunur. Bu il əhali axını son altı ildə ən əhəmiyyətli olub.

“Luminor” bankının baş iqtisadçısı Jiqimantas Mauritsas qeyd edib ki, ilin yekunlarına görə Litvada uzun müddət ərzində ilk dəfə ölkə vətəndaşlarının miqrasiyasının mənfi balansı yarana bilər. Bundan əvvəl, Litvanın Aİ-yə paylanmalı olan miqrantları qəbul etməmək üçün Avropa İttifaqına pul ödəməyi nəzərdən keçirdiyi bildirilib.

Ölkənin Baş naziri Mindauqas Sinkyaviçyusun sözlərinə görə, ödəniş seçimi çox, olduqca ciddi qəbul edilməlidir. Buna baxmayaraq, Litva Kiprdə olan 58 miqrantın qəbulunu, həmçinin ölkədə qəbul etməyəcəyi əcnəbilərin qalan hissəsi üçün 1,4 milyon avro ödəməyi planlaşdırır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki