image-1backend

99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb – Alan yoxdur

image-ads-728x90
İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan 99-RU-777 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili alan yoxdur.
Korrekt.az xəbər verir ki, avtomobil ilk dəfə sentyabr ayının 7-də 17 min 850 manata hərraca çıxarılsa da, satılmayıb.
4200 kub sm mühərrik həcminə sahib olan 2008-ci il istehsalı “Range Rover” 13 min 650 manata yenidən hərraca çıxarılıb.
Qeyd edək ki, hazırda Yol Polisinin 11 saylı cərimə meydançasında saxlanılan avtomobilin dövlət qeydiyyat nişanı (99-RU-777) daha əvvəl 6 min manata satışa çıxarılıb.
Onu da qeyd edək ki, hazırda müxtəlif elan saytları vasitəsilə satışa çıxarılan 2008-ci il istehsalı “Range Rover”in minimal satış qiyməti 22-23 min manat təşkil edir.




image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki