image-1backend

ABŞ-dan  Ukraynaya şok təklif: Müharibəni dayandır, bunu al…  

image-ads-728x90

“Financial Times” yazır ki, ABŞ-ın sülh planında Donbasla bağlı təklif edilən razılaşma Rusiya qoşunlarının demilitarizasiya olunmuş zonanın şərq sərhədindən çıxmasını nəzərdə tutmur.

Korrekt.az xəbər verir ki, Kiyevin fikrincə, Donbasın tam şəkildə Rusiyanın nəzarətinə verilməsi ciddi risk daşıyır. Nəşrin məlumatına görə, Rusiya və ABŞ Kiyevdən hazırda Ukraynanın idarəsində olan Donetsk vilayətinin təxminən dörddə birindən və qonşu Luqansk vilayətinin bir hissəsindən geri çəkilməsini tələb edir. Bu ərazilər Ukrayna üçün siyasi baxımdan böyük əhəmiyyət daşıyır.

Donetsk və Luqansk birlikdə yerli əhali tərəfindən Donbas adlandırılır — Sovet dövrünün əsas sənaye mərkəzlərindən olmuş, çoxsaylı metallurgiya müəssisələri və kömür mədənləri ilə tanınan geniş şərq düzənliyi. Bölgədə rus və ukrayna dillərinin qarışığı olan “surjik” də geniş yayılıb.

Tarixi qeyd edən “FT” xatırladır ki, Lenin 1921-ci ildə yazdığı məktublardan birində Donbası “siyasi qaz maskası tələb edən toksik bölgə” kimi təsvir etmişdi. Nəşr vurğulayır ki, bu gün də Donbas müzakirələrin ən ziddiyyətli hissələrindən biridir və Avropada 1945-ci ildən bəri ən böyük müharibənin dayanması baxımından əsas problemlərdən birinə çevrilib.

Analitiklər və Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya hazırda Pokrovsk şəhərinin böyük hissəsinə nəzarət edir, həmçinin Konstntinovkanın cənub girişində mövqe tutub. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Pokrovsk yaxınlığında mövqelərin qeyri-sabitləşməsi səbəbilə hissi qoşunların geri çəkilməsi barədə əmr verib.

Ukrayna müdafiəyə ayrılmış 1 milyard dollardan artıq vəsaitin böyük bir hissəsini Donbasda istifadə edib. Bölgənin yollarından görünən çoxqatlı müdafiə xətləri — tikanlı məftillər, səngərlər, minalanmış sahələr və digər maneələr — Ukraynanın müdafiəsinin əsas hissəsini təşkil edir. Lakin bəzi hissələrdə düzənlik ərazilər Rusiyanın daha sürətli irəliləməsinə imkan yarada bilər.

“FT” yazır ki, Moskva şəhərləri — Pokrovsk, Konstantinovka, Drujkivka, Kramatorsk və Slovyanskı — danışıqlar yolu ilə əldə etsə və ya hərbi yolla ələ keçirsə, Ukraynanın şərq müdafiə xətti ciddi şəkildə zəifləyəcək.

İki yüksək vəzifəli ukraynalı rəsmidən alınan məlumatda deyilir ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Kiyevin Donetsk vilayətinin qalan 25%-ni Moskvaya verməsi halında “ədalətli sülh” əldə olunacağına inanır və bu ideyanı israrla müdafiə edir.

ABŞ prezidenti Donald Tramp isə Ukraynanın “kozırlarının olmadığını”, 2026-cı ildə daha böyük itkilərlə üzləşməmək üçün “ağıllı güzəştləri” nəzərdən keçirməli olduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski isə ölkə ərazisini döyüşsüz verməyin həm hüquqi, həm də mənəvi cəhətdən mümkün olmadığını bildirir. Ukraynada çoxsaylı analitiklərin fikrincə, hər hansı ərazi güzəştinə ictimai reaksiyanın son dərəcə sərt olacağı gözlənilir.

ABŞ-ın ilkin 28 maddəlik sülh planında Ukrayna qoşunlarının Donetsk bölgəsindən çıxmasından sonra “neytral, demilitarizasiya olunmuş bufer zonası”nın yaradılması nəzərdə tutulurdu. Sənəddə bu zonanın “Rusiya Federasiyasına məxsus beynəlxalq tanınmış ərazi” kimi göstərilməsi də yer alırdı.

Kiyevdə keçirilən görüşdə ABŞ quru qoşunları naziri Den Driskoll ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə və şərq cəbhəsi boyunca “dünyanın ən müasir demilitarizasiya zonası”nı yaratmağa hazır olduğunu deyib. Bir neçə Avropa diplomatının sözlərinə görə, Driskoll “dünyanın ən möhkəm müdafiə xəttini” təmin edəcəklərini bildirib.

Ukraynalı rəsmilər isə ABŞ-ın təklif etdiyi zonanın Şimali və Cənubi Koreyanı ayıran DMZ-yə bənzər şəkildə qurulmasını istədiyini bildirirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki