image-hgwyaqlmajvyl0b6backend

Ərdoğan Gürcüstandakı azarkeş insidentini “Beşiktaş”ın rəhbərliyi ilə müzakirə edib

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Batumi şəhərində “Beşiktaş” azarkeşləri ilə bağlı baş verən insidentdən sonra klubun prezidenti Serdal Adalı ilə telefon danışığı aparıb.

Korrekt.az xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan hadisələrin gedişatını diqqətlə izlədiyini bildirib.

Türkiyə Prezidenti insident zamanı xəsarət alan azarkeşlərə tezliklə sağalmalarını arzulayıb, “Beşiktaş” klubuna və onun azarkeşlərinə dəstəyini ifadə edib.

Qeyd edək ki, hadisə Batumidə İsrailin “Hapoel Beer Şeva” komandası ilə keçirilən Avropa Liqası matçı zamanı türk azarkeşlərlə bağlı baş verib.

Daha əvvəl “Beşiktaş” klubu azarkeşlərinə qarşı oyundan əvvəl və oyun zamanı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyən bəyanat yayıb.

Klub rəhbərliyi UEFA nümayəndələri və Türkiyənin Batumidəki Baş Konsulluğu ilə əlaqə saxladığını açıqlayıb. Həmçinin bütün azarkeşlər təhlükəsiz şəkildə evlərinə qayıdana qədər hadisələrin izləniləcəyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki