image-5696844c5979cd431d7bfa4c3d2f01f3backend

Türkiyədən Monteneqroya sərt cavab: 18 illik vizasız rejim ləğv edildi!

image-ads-728x90

Türkiyə noyabrın 1-də qüvvəyə minmiş analoji qərara cavab olaraq Monteneqro vətəndaşları üçün vizasız rejimi ləğv edib.

Korrekt.az xəbər verir ki, Monteneqro daha əvvəl Türkiyə vətəndaşları üçün viza tələbi tətbiq etmişdi. Adi pasportlara malik Monteneqro vətəndaşları üçün vizasız girişin dayandırılması barədə sərəncamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qərar noyabrın 27-də qüvvəyə minib və 18 il ərzində fəaliyyət göstərən vizasız rejimə son qoyub.

Qeyd edək ki, “Resmi Gazete”də dərc olunan 26 noyabr 2026-cı il tarixli qərar 18 yanvar 2008-ci ildə imzalanmış qarşılıqlı vizasız rejim sazişinin ümumvətəndaş pasportlarına şamil edilən müddəalarının tətbiqini dayandırır, lakin xüsusi, xidməti və diplomatik pasport sahiblərinə aid deyil.

Podqoritsa hökuməti isə bu ilin iyulunda qəbul etdiyi dəyişikliklərlə Avropa İttifaqının viza siyasətinə uyğunlaşma məqsədilə noyabrın 1-dən Türkiyə ilə yanaşı Rusiya, Belarus, Çin və Səudiyyə Ərəbistanı vətəndaşları üçün də vizasız rejimi dayandırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki