Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
Hippokrat
İnsan sağlamlığının keşiyində dayanmaq, xüsusilə də həyatın döyünən mərkəzi olan ürəklə bağlı sahədə çalışmaq yüksək peşəkarlıqla yanaşı, böyük mənəvi məsuliyyət tələb edir. Bu gün ölkəmizin qocaman tibb ocaqlarından biri olan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəyərli həkimi haqqında səmimi minnətdarlıq hisslərimi bölüşmək istəyirəm.
Azərbaycan Jurnalistlər Birliyinin,Yeni Azərbaycan Partiyasının üzvü,35 ildən çox ölkə mətbuatında çalışan,dövlət təltifləri olan veteran jurnalist kimi bu təşəkkür məktubunu yazmağa məni vadar edəndə tibb müəsissəsində qarşılaşdığım münasibətə bir vətəndaş,veteran jurnalist olaraq biganə qalmamaqdır.Mən uzun illərdir ki,Elmi Tədqiqat Kardiologiya institutunda müalicə alan,bir çox xəstəliklərindən əziyyət çəkən və mütəmadi bu sahədə stasionar və ambulator müayinə alan minlərlə vətəndaşdan biriyəm.Bu xəstəlikdən əziyyət çəkən hər kəsin iki arzusu olub,sağalmaq və müalicə aldığı tibb müəsisəsində müalicə üçün normal şərait.Əminik ki,Kardiologiya institutuda yeni Səhiyyə Nazrinin diqqəti sayəsində əvvəlki şöhrətini özünə qaytaracaq,onun maddi-texniki bazası daha da genişləndiriləcəkdir.Açığı Kardiologiya İnstitutunun indiyədək öz zəif texniki bazası ilə ayaqda qalması bir möcüzə,bu möcüzəni yaradan isə institutun rəhbərliyi və əzmkar kollektividir.
Səhhətimlə bağlı yaranan narahatlıqlara görə tez-tez Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət edirəm.Bu tibb ocağına ilk müraciət etdiyim vaxtdan peşəkarlığın,səmimiyyətin,insan sağlamlığına verilən dəyərin şahidi olmuşam.Etiraf edim ki,bu xəstə-həkim vəhdətini bu gün möhtəşəmliyi ilə öyünən heç bir tibb ocağında görməmişəm.Gördüyüm xəstələrlə amansız davranış,qəddarlıq,saymazlıq və həkim peşəsinə kölgə salan hallar olub.Ancaq Elmi-Tədqiqat Kardiologiya İnstitunda xəstəyə xəstə kimi yanaşma,diqqət və hörmət əsas iş prinsipinə çevrilib.
Mən və mənim kimi onlarla xəstə sağlamlığı üçün əlindən gələni əsirgəməyən hər bir həkimə həmişə minnətdarlıq borcunu səmimi sözləri ilə ifadə etməyə çalışır.Bu gün mən kardioloq həkimim Fidan Əzizovaya da öz minnətdarlıq borcumu bu kiçik yazıda çatdırmaq istərdim. Bu tibb ocağında ilk gündən etibarən Fidan xanımın yüksək diqqəti və qayğısı ilə qarşılaşmışam. Müayinə proseslərində hər bir detalı səbirlə araşdırması, xəstəni sona qədər dinləməsi və düzgün diaqnoz qoyaraq ən effektiv müalicə kursunu təyin etməsi onun dərin elmi biliyinin və zəngin təcrübəsinin göstəricisidir.
Müalicə müddətində Fidan həkim təkcə tibbi savadı ilə deyil, həm də xoş rəftarı, səmimiyyəti və insana ruh yüksəkliyi verən münasibəti ilə mənə böyük dəstək oldu. Həkimin xəstəyə göstərdiyi bu cür həssas yanaşma sağalma prosesinə inamı daha da artırır və müalicənin uğurlu nəticələnməsində mühüm rol oynayır. Etiraf edək ki,bu gün şəhərimizdə möhtəşəm,hər cür tibbi şəraiti olan saysız tibb ocaqlarımız var,ancaq görürük ki, xəstəxana binasının gözəlliyi əsas deyil,gözəllik onun içində ümdləri yox olan xəstələrə həyatın gözəliiklərini bəxş edənlərdir.Kardiologiya İnstitutunun binası gözəl olmasada burda bizim qayğımıza qalan hər bir tibb işçisinin mənəviyyatı gözəldir,.Axı xəstəni təkcə dava -dərman sağaltmır,xəstəni ümid etimad və ona həyatı yenidən bəxş edən həkimlərin insanı gözəllikləri sağaldır.
Elmi Tədqiqat Kardiologiya İnstitutunun həkim -Kardioloqu Fidan Əzizova peşəkar həkim,səmimi və etibarlı insan,sevilən və peşəsini sevdirən bir tibb mütəxəsissidir.Bu gün belə həkimlərin sayının getdikcə azalması üzücüdür.Etiraf edək ki,biz xəstələr artıq həkim təbəssümünün,nəvazişinin,xəstəyə canyayanlığının getdikcə yox olmasının şahidlərinə çevrilməkdəyik.Böyük və şəraitli xəstəxanalarda həkim xəstə münasibəti artıq həkim üçün kəmiyyət göstəricisinə,xəstə üçün isə analiz cavabları nəticələrini öyrənmək həddinə çatmaqdadır.Həkimlərin gün ərzində xəstələrini sayla,5 -6 dəqiqə qəbul edib heç bir müalicə üsulu demədən yola verməsi səhiyyəmizin ağrılı yerlərindən birinə çevrilməkdədir.Ancaq Fidan Əzizova kimi həkimlər ilk növbədə, sayı deyil,xəstənin vəziyyəti maraqlandırır. xəstələrini allahın ümiidinə buraxmır,müalicəsinin gedişatını daima nəzarətdə saxlayır.Belə həkimlərin varlığı belə xəstə insanlar üçün şəfa,ümid yeridir.Peşəsinə,əqidəsinə,işinə vicdanla yanaşan belə həkimlər hər kəsin sevimlisidir.
Mənə yenidən sağlamlığıma qovuşmaq və həyatıma rahat davam etmək şansı verdiyi üçün hörmətli kardioloq Fidan Əzizovaya dərin təşəkkürümü bildirirəm. Belə savadlı, vicdanlı və Hippokrat andına sadiq həkimlərimizin varlığı cəmiyyətimiz üçün böyük dəyərdir. Fidan xanıma şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı arzulayıram.
Məzahir Həsənov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





















