image-xsrjeu4ud8kozlbtbackend

Peskov: Rəsmi İrəvan nə istədiyini özü də bilmir

image-ads-728x90

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində atdığı addımlarla Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığı davam etdirmək istəyinin bir-biri ilə uzlaşmadığını bildirib.

Korrekt.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, iqtisadi baxımdan Ermənistanın eyni vaxtda iki istiqamətdə irəliləmək cəhdi müəyyən mərhələdə konkret seçim etməyi zəruri edəcək.

“İqtisadi baxımdan, müəyyən bir məqamda iki stulda oturmaq istəyi ya təsdiqlənməli, ya da müəyyən seçim etməklə təkzib olunmalıdır. Çünki Ermənistanın Avropa İttifaqına yönəlməsi və Aİİ çərçivəsində inteqrasiya prosesini davam etdirmək istəyi bir-biri ilə uyğun gəlmir”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti və eyni zamanda Avrasiya İqtisadi İttifaqında üzvlüyünü qoruyub saxlamaq istəyi Moskva ilə İrəvan arasında müzakirə mövzularından biridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki