image-1backend

Ərdoğan üçün 2028-ci il planı: Ankara seçki təqvimini dəyişə bilər

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola bilər. Hakim alyansın onun növbəti prezidentlik müddəti üçün namizədliyini dəstəkləmək barədə razılığa gəldiyi bildirilir.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Reuters” agentliyinə açıqlamasında bildirib.

Yılmazın sözlərinə görə, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilməlidir. Bununla belə, seçkilərin nəzərdə tutulan tarixdən bir və ya iki ay əvvəl keçirilməsi ehtimalı da var.

Vitse-prezident əlavə edib ki, hakim siyasi alyans daxilində Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd göstərilməsi ilə bağlı ümumi razılıq əldə olunub.

Qeyd edək ki, Türkiyə Konstitusiyasına əsasən, prezident bir şəxs ardıcıl olaraq iki dəfə seçilə bilər. Lakin hazırkı prezidentin yenidən namizəd olması üçün müəyyən hüquqi mexanizmlər mövcuddur.

Belə ki, Konstitusiyanın 116-cı maddəsinə əsasən, prezidentin ikinci səlahiyyət müddətində Türkiyə Böyük Millət Məclisi seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, dövlət başçısı yenidən namizədliyini irəli sürə bilər.

Bu səbəbdən Ərdoğanın 2028-ci ildə yenidən prezident seçkilərində iştirakı üçün parlamentin növbədənkənar seçki qərarı mühüm əhəmiyyət daşıyır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki