image-1backend

Tac Mahal kompleksi “işğal edildi”

image-ads-728x90

Meymunlar Tac Mahal kompleksini “işğal ediblər” və bu turistlər üçün təhlükə yaradır.

Korrekt.az xəbər verir ki, dünyanın ən çox ziarət edilən abidələrindən biri olan Tac Mahal getdikcə daha çox meymun sürülərinə ev sahibliyi edir və bu da xaricilər də daxil olmaqla turistlər üçün təhlükəsizlik narahatlıqlarını artırır.

Məlumata görə, meymunlar Şərq, Qərb və Kral Qapıları ətrafındakı əraziləri “ələ keçirib” və bu da ziyarətçiləri hücum riski ilə üz-üzə qoyub. Keçmişdə həm hindli, həm də xarici turistlər hücumların qurbanı olublar.

Tac Mahal kompleksinin ərazisində və ətrafında böyük bir meymun populyasiyasının yaşadığı güman edilir. Hökumətin heyvanları tutmaq və ya qovmaq cəhdləri ilə bağlı dəfələrlə verdiyi açıqlamalara baxmayaraq, problem davam edir. Yerli NDTV kanalının məlumatına görə, ərazini idarə etməkdən məsul qurumlar arasında koordinasiyanın olmaması problemin həlli səylərini daha da çətinləşdirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki