İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.
Yerli məhkəmə belə qərar çıxarıb.
O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.
Qeyd edək ki, Vilyam Hacıyev 2020-ci ildə DTX tərəfindən keçirilən əməliyyatla həbs edilmişdi. Vəzifə cinayətlərində təqsirli bilinən Hacıyevə yekun olaraq 8 il 6 ay həbs cəzası verilmişdi.qafqazinfo.az





















