image-1backend

FİFA-ya kiberhücum: Hakerlər 12 giqabaytdan çox məxfi məlumat ələ keçirdiklərini iddia edirlər

image-ads-728x90

Dünya futbolunun ali idarəetmə orqanı olan FİFA kiberhücuma məruz qalıb. Naməlum şəxslər təşkilatın informasiya sistemlərinə daxil olaraq daxili sənədləri və şəxsi məlumatları ələ keçiriblər. FİFA hadisəni təsdiqləyib.

Korrekt.az xəbər verir ki, hücuma görə məsuliyyəti özünü “Handsome Boy Hacking Club” adlandıran haker qrupu üzərinə götürüb.

Qrupun nümayəndələri FİFA-nın informasiya sistemlərindən 12 giqabaytdan çox məlumat oğurladıqlarını iddia ediblər. Hakerlər ələ keçirdiklərini bildirdikləri bəzi sənədləri də internetdə yayımlayıblar.

Məlumatlara görə, oğurlandığı iddia edilən materiallar arasında şəxsi sənədlər, FİFA-nın rəhbər heyəti ilə bağlı məlumatlar, maliyyə və hüquqi sənədlər, eləcə də təşkilatın daxili fəaliyyəti ilə əlaqəli yazışmalar və digər məlumatlar yer alır.

FİFA kiberhücum faktını təsdiqləyərək hadisə ilə bağlı müvafiq qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Təşkilat bəyan edib ki, informasiya təhlükəsizliyinə və onun nəzarətində olan məlumatların qorunmasına ciddi yanaşır.

Hələlik oğurlandığı iddia edilən məlumatların tam həcmi, onların hansı məqsədlə istifadə oluna biləcəyi və insidentin FİFA-nın fəaliyyətinə mümkün təsiri barədə ətraflı məlumat açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki