image-1backend

“ABŞ–İran anlaşma memorandumu regionda sülh təməli qoyacaq” – Politoloq

image-ads-728x90

“Uzun müddətdir gözlənilən ABŞ və İran arasında anlaşma memorandumu nəhayət imzalanıb. Bu sənəd regionda sülhün təmin olunmasına mühüm töhfə verə bilər.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı qeyd edib ki, bundan sonra ABŞ İsrail və İran arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində səylər göstərə bilər.

Onun fikrincə, İsrail tərəfi bu anlaşma memorandumuna ehtiyatla yanaşır və rəsmi Təl-Əviv sənədi tam qəbul etmədiyini açıqlayıb.

“Bu prosesdə əsas rol ABŞ-a, xüsusilə də Donald Tramp administrasiyasına məxsus olacaq. Yaxın aylarda İran və İsrail arasında gərginliyin azalması və münasibətlərdə yumşalma mümkün olacaq. Bu anlaşma regionda iqtisadi aktivliyin artmasına və inkişafın sürətlənməsinə şərait yarada bilər.”– deyə politoloq bildirib.

Onun sözlərinə görə, Çin, Hindistan, Pakistan və Yaponiya kimi böyük iqtisadi güclərə malik ölkələr də bu prosesdən fayda əldə edə bilərlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki