image-1backend

“ABŞ İran danışıqları yenə nəticəsiz qaldı”- Politoloq

image-ads-728x90

” İran və ABŞ arasında aparılan danışıqların növbəti dəfə nəticəsiz başa çatdı. Cenevrədə keçirilən görüşlər zamanı İran son tələbini irəli sürərək ABŞ-dan rəsmi üzr istəməsini istəyib.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, İranın bu tələbinin ABŞ tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür.

O bildirib ki, xarici mediada yer alan məlumatlara əsasən, Tehran Vaşinqtonun üzr istəməyəcəyi təqdirdə danışıqları davam etdirməyəcəyini bəyan edib.

“Rəsmi Vaşinqtonun belə bir tələbi yerinə yetirməsi gözlənilmir. Tərəflər arasında mövcud fikir ayrılıqları danışıqlar prosesinin dalana dirənməsinə səbəb ola bilər. ABŞ-ın bu tələbi qəbul etməsi real görünmür. Əgər tərəflər mövqelərində israrlı qalacaqlarsa, bu, danışıqların perspektivlərini daha da zəiflədəcək və bölgədə gərginliyin davam etməsinə şərait yaradacaq”, – deyə Arzuman Muradlı vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki