image-1backend

“ABŞ–İran razılaşması müharibəni bitirmir, çünki…” -Politoloq

image-ads-728x90

“ABŞ ilə İran arasında əldə olunan razılaşma Yaxın Şərqdə davam edən müharibəninin tam bitməsi deyil” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki,  razılaşmaya baxmayaraq, İsrail rəhbərliyi, xüsusilə Baş nazir Benjamin Netanyahu və Milli Təhlükəsizlik Nazirliyi bu anlaşmanı qəbul etmir. Arzuman Muradlı hesab edir ki, bu mövqe regionda gərginliyin davam etməsinə səbəb olur.

“İsrail tərəfi müharibənin dayandırılmasının yalnız özlərinin qərarına bağlı olduğunu iddia edir.  Regionda böyük savaşın işartıları hələ də qalır. İsrailin Livan və Qəzza zolağından qoşunlarını tam şəkildə çıxarmadığı müddətcə qarşıdurmaların davam etməsi ehtimalı yüksəkdirABŞ–İran razılaşması daha çox Hörmüz boğazı ətrafında yaranan gərginliyin nəzarət altına alınmasına xidmət edir.”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki