image-1backend

“ABŞ – İran savaşı region üçün ciddi təhlükə yaratdı”- Politoloq

image-ads-728x90

“Regionda sülhün bərqərar olması ölkələrin iqtisadi inkişafına ciddi təkan verə bilər. ABŞ, İran və İsrail arasında davam edən gərginlik və müharibə riski qlobal iqtisadiyyata mənfi təsir göstərir və bu səbəbdən münaqişənin tam şəkildə sülh yolu ilə həll olunması vacibdir.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki,  Pakistanın baş naziri Şahbaz Şərif və ölkənin digər rəsmi şəxsləri ABŞ və İran nümayəndələrinin İslamabadda keçirilən danışıqlarda nəticə əldə edəcəyinə ümid bəsləyirdilər.

“Lakin ilkin görüşlərdə tərəflər ortaq məxrəcə gələ bilməyib. Pakistan paytaxtında yüksək səviyyədə təşkil olunan görüşlər üçün hər cür şərait yaradılsa da, tərəflər qarşılıqlı güzəştlərə getməyiblər. Əsas fikir ayrılıqları iki mühüm məsələ – uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlıdır. Əgər bu iki istiqamətdə razılıq əldə olunsaydı, digər məsələlərin sonrakı mərhələlərdə müzakirəsi mümkün olardı. Lakin İran əvvəlki mövqeyində qalaraq uranın zənginləşdirilməsindən tam imtina etmək istəmir. Eyni zamanda, Tehran Hörmüz boğazı üzərində nəzarəti də əldən vermək niyyətində deyil.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq vurğulayıb ki, müharibədən əvvəl beynəlxalq ictimaiyyət üçün Hörmüz boğazının təhlükəsizliyi bu qədər aktual məsələ deyildi, lakin münaqişə bu problemi daha da kəskinləşdirib.

“ABŞ Prezidenti Donald Tramp müxtəlif açıqlamalarında ölkəsinin kifayət qədər enerji resurslarına malik olduğunu desə də, boğazın açılması üçün addımlar atacağını bildirib. Bu isə göstərir ki, regiondakı qeyri-sabitlik enerji qiymətlərinə təsir etdiyindən ABŞ daxilində də narazılıq yaradır. İslamabaddakı nəticəsiz danışıqlar Çin üçün də arzuolunan deyil. Çünki Çin ABŞ və İran arasında atəşkəsin əsas təşəbbüskarlarından biridir. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə birlikdə 5 maddədən ibarət plan təqdim edib. Bu plan atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazında gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün təmin olunmasını əhatə edirdi. Lakin bu bəndlərdən yalnız atəşkəs qismən qəbul olunub və o da hazırda kövrək xarakter daşıyır.
Ekspertin fikrincə, regionda yeni müharibə ehtimalı Çinin enerji resurslarına çıxışını yenidən çətinləşdirə bilər. O hesab edir ki, bu vəziyyət müəyyən mənada ABŞ administrasiyasının maraqlarına uyğun ola bilər.”- deyə politoloq bildirib.
namizədliyinə kölgə sala bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki